"Barselona" futbolçusu Usman Dembeleni cərimələyəcək.
Newsport.az-ın məlumatına görə, buna səbəb 24 yaşlı hücumçunun məşqə gecikməsidir. O, komandanın 08:30-da başlayan hazırlıq prosesinə 08:33-də qatılıb.
Qeyd edək ki, Dembele 2017-ci ildən "Barselona"da oynayır.