"Barselona" müdafiədəki problemi həll etmək üçün futbolçu axtarışlarını davam etdirir.
Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi gözünü Fransaya dikib.
"Barsa" “Monako”nun tunisli futbolçusu Aymen Abdennuru transfer etmək istəyir. İspanlar 25 yaşlı futbolçu üçün qarşı tərəfə 10 milyon funt-sterlinq təklif etməyə hazırlaşır.