“Zirə”nin hücumçusu Gürcüstan yığmasında debüt etdi

"Zirə"nin futbolçusu Davit Volkov ilk dəfə çağırıldığı Gürcüstan millisində debüt edib.

Newsport.az-ın məlumatına görə, o, İsveçə qarşı DÇ-2022-nin seçmə mərhələ matçında meydanda olub. Volkov komandasının 2:0 hesablı qələbə qazandığı matçın 70-ci dəqiqəsində, hesab 1:0 olarkən meydana buraxılıb.

Gürcüstan millisi 8 matçda 7 xal toplayaraq B qrupunu 5 komanda arasında 4-cü pillədə başa vurub.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right