"Arsenal"ın Ronaldonu ala bilmədiyinə görə təəssüflənirəm" Venger

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo haqqında danışıb. 

Newsport.az xəbər verir ki, 72 yaşlı mütəxəssis "TalkSport"a açıqlamasında 36 yaşlı hücumçunun "topçular"da çıxış etməsini istədiyini deyib: 

“Bu, Kriştiano Ronaldodur. Onun "Arsenal"da oynamasını istəyərdim. Amma o, “Mançester Yunayted” ilə müqavilə imzalayıb. "Arsenal"ın Ronaldonu ala bilmədiyi üçün çox təəssüflənirəm". 

Qeyd edək ki, Arsen Venger 1996-2018-ci illərdə "Arsenal"ı çalışdırıb. 

Əlavə edək ki, Ronaldo "qırmızı şeytanlar"la avqustun 31-i 2+1 illik müqavilə imzalayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right