Dünyanın ən güclüsü Serbiya millisidir

20 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçirilən dünya çempionatının qalibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Yeni Zellandiyada təşkil olunan mundialın finalında Serbiya və Braziliya qarşılaşıb.

Oyun Avropa təmsilçisinin qələbəsi ilə başa çatıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn Serbiya kuboka sahib çıxıb. Braziliya ikinci, Seneqal yığması isə mundialın üçüncüsü olub.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right