Sulşerin əvəzinə Rocers

"Mançester Yunayted" klubu baş məşqçi postunda dəyişiklik edə bilər.

 

Newsport.az xəbər verir ki, komandanın çalışdırıcısı Ule Qunnar Sulşerin əvəzləyicisi tapılıb. Hazırda "Lester Siti"ni çalışdıran Brendan Rocers "qırmızı şeytanlar"ın baş məşqçi postuna namizəddir. Mançester təmsilçisi 48 yaşlı mütəxəssislə razılığa gələcəyinə ümidlidir.

 

Şimali irlandiyalı baş məşqçi "tülkülər"i 2019-cu ildən çalışdırır. O, "Uotford", "Suonsi", "Liverpul" və "Seltik"in də baş məşqçisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right