Dani Alveş "Barselona"ya qayıdır

"Barselona"da sürpriz transfer planı yaranıb.
 
Newsport.az xəbər verir ki, katalonlar hazırda azad agent statusu daşıyan keçmiş futbolçusu Dani Alveşi heyətinə qatmaq istəyir. Braziliya millisi ilə dünya çempionatına yollanmaq istəyən 38 yaşlı müdafiəçi keçmiş komandasına qayıtmağa hazır olduğunu bildirib.
 
 
Komandanın yeni baş məşqçisi Xavinin imza mərasimində klubun prezidenti Xoan Laporta Dani Alveşin mümkün keçidi barədə bunu deyib: "Alveş çox fəaldır və bir çox fərqli tərəfdə kluba kömək etməyi təklif edib". 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right