"Azərbaycanla matçda gənclərə şans verəcəyik" - Luk Holtz

Lüksemburq milli komandasının baş məşqçisi Luk Holtz DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycanla oyunundan öncə mətbuat konfransında çıxış edib.

Newsport.az-ın məlumatına görə, lüksemburqlu mütəxəssis sabah Bakıda keçiriləcək matçla bağlı danışıb.

- Komandanızın bu tsikldəki çıxışından razı qaldınız?
- Azərbaycan və Lüksemburq qrupun favorit komandalarından deyil. Düşünürdük ki, qrupda 4-cü yer üçün oynayacağıq. Amma biz hazırda 3-cü pillədə qərarlaşmışıq və hazırki yerimizi qoruyub-saxlayırıq.

- Sabahkı oyundan gözləntiniz nədir?
- Sabahkı oyun Millətlər Liqasına hazırlıq kimi görürük. Heyətdə dəyişikliklər olacaq. Sabah həm də gənc futbolçulara şans verəcəyik.

-Millətlər Liqasında da Azərbaycanla eyni qrupda oynamışdınız. Azərbaycan yığmasında o vaxtdan bu yana nə dəyişib?
-Millətlər Liqası oyunlarından çox vaxt keçib. Son oyunda biz qalib gəlmişdik və layiqli nəticə idi. Sabahkı oyunun motivasiyası isə yetərincədi. Heç bir stressimiz yoxdu.

- Azərbaycan millisində Lüksemburq yığmasına problem yaradacaq futbolçu var?
- Azərbaycan millisində fərdi ustalığı yüksək olan oyunçular az deyil. Ümidvaram ki, onlara qapımıza gedən yolunu kəsməyi bacaracağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right