Xavi "Barselona"nın iki əməkdaşından imtina edib

İspaniya "Barselona"sının yeni baş məşqçisi Xavi komandanın strukturunda dəyişikliklər etməyə başlayıb.

Newsport.az-ın AS nəşrinə istinadən məlumatına görə, ispaniyalı mütəxəssis iki əməkdaşın xidmətindən imtina qərarı verib. Nəticədə klub fizioterapevt Xuanxo Brau və fiziki hazırlıq üzrə məşqçi Alberto Roke ilə yollarını ayırıb.

Braunu Qətər "Əl Sədd"ində Xavi ilə birgə çalışmış Karles Nogeyra, Rokeni isə İvan Torres əvəzləyib.

Daha əvvəl "Barselona"nın direktoru Mateu Alemani ilə yeni baş məşqçinin tibbi heyətdən narazı olduqları bildirilib.

Hazırda klubun lazaretində 11 oyunçu var. Onlardan 7-si - Pedri, Usman Dembele, Serci Roberto, Niko Qonsales, Jerar Pike, Erik Qarsiya və Ansu Fati əzələ problemləri yaşayır. Digər tərəfdən, Neto qripə yoluxub, Serxio Aqüeronun ürəyində problemləri var, Martin Breytueyt dizindən əməliyyat olunub və hazırda bərpa kursu keçir, Serjinjo Dest isə kürəyindən ağrılar hiss edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right