Sterlinqin əvəzinə De Yonq

“Barselona” “Mançester Siti”nin futbolçusu Rahim Sterlinqin transferində israrlıdır.

Newsport.az xəbər verir ki, Kataloniya klubu qış transfer pəncərəsində 26 yaşlı hücumçunu almağı planlaşdırır.  Lakin "Barselona" Sterlinq üçün qarşı tərəfin istədiyi məbləği ödəyə bilmir. Buna görə də “şəhərlilər” Sterlinqin əvəzində "Barselona"dan yarımmüdafiəçi Frenki de Yonqu istəyir. Premyer Liqa təmsilçisi hətta əlavə 20 milyon avro ödəməyə də hazırdır.

Qeyd edək ki, Frenki de Yonq bu mövsüm “Barseona”nın heyətində 13 oyunda 2 məhsuldar ötürmə verib. Sterlinq isə “Mançester Siti”də 15 görüş keçirib, 2 qol, 2 assistlə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right