"Barselona"ya görə Braziliya millisindən imtina edib

"Barselona”nın yeni baş məşqçisi Xavi Ernandes daha əvvəl Braziliya millisindən təklif alıb.

Newsport.az xəbər verir ki, bunu 41yaşlı mütəxəssis ötən gün keçirilən təqdimat mərasimində deyib.

O, Qətərin “Əl-Sədd” klubunda çalışdığı zaman Braziliya yığmasından təklif aldığını söyləyib. Cənubi amerikalılar DÇ-2022-dən sonra Xavini hazırkı çalışdırıcı Titenin yerinə təyin etmək istəyib. Lakin o, doğma komandası “Barselona”nın təklifini daha üstün tutub.

Qeyd edək ki, Xavi Ernandes “Barselona” ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right