“Barselona”nın ulduzu meydana çıxmaqdan niyə imtina etdi?

“Barselona” İspaniya La Liqasının 12-ci turunda “Selta” ilə heç-heçə edib – 3:3.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin futbolçusu Filippe Koutinyo bu oyunda meydana çıxmaq istəməyib.

Braziliyalı futbolçu matça ehtiyat oyunçular skamyasında başlayıb. İkinci hissədə isinmə hərəkətləri edən Koutinyo, daha sonra meydana çıxmaqdan imtina edib.

“Barselona”nın müvəqqəti baş məşqçisi Sergio Barjuan matçdan sonra baş tutan mətbuat konfransında məsələ ilə bağlı bunları deyib:

“Mən kənarda olan futbolçulara və ya isinənlərə baxmıram. Mən oyunu izləyirəm və vacib olan da budur”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right