“Real” qalib gəldi, “Barselona” qələbəni əldən verdi

Futbol üzrə İspaniya La Liqasında 13-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında Bilbao “Atletik”i “Kadis”i qəbul edib və minimal hesabla uduzub.

“Barselona” bu turda “Selta” səfərinə yollanıb. Kataloniya təmsilçisi bu oyunda qələbəni əldən verib. “Real” isə “Rayo Valyekano”nu məğlub yola salıb.

Turun mərkəzi görüşündə son çempion “Atletiko” səfərdə “Valensiya”nın qonağı olacaq.

İspaniya La Liqası, 13-cü tur

5 noyabr

Atletik – Kadis 0:1
Qol:
S.Sançes, 6.

6 noyabr

Espanyol – Qranada 2:0
Qol:
Pedrosa, 30. De Tomas, 42.

Selta – Barselona 3:3
Qol:
Aspas, 52; 90+6. Nolito, 74 – Fati, 5. Buskets, 18. Depay, 34.

Alaves – Levante 2:1
Qol:
Xoselu, 77-pen; 90+1 – De Frutos, 13.

Real – Rayo Valyekano 2:1
Qol:
Kroos, 14. Benzema, 38 – Falkao, 77.

7 noyabr

17:00 Vilyarreal – Xetafe
19:15 Valensiya – Atletiko
21:30 Malyorka – Elçe
21:30 Osasuna – Real Sosyedad
00:00 Betis – Sevilya

Bombardir: Kərim Benzema (Real) – 9 qol.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah