"Qızıl top"u qazanması ilə bağlı məlumatlandırıldı

PSJ-nin hücumçusu Lionel Messi “Qızıl top”u qazandığı barədə xəbərdar edilib.

Newsport.az-ın məlumatına görə, ilin ən yaxşı oyunçusuna mükafatı təqdim edən “France Football” jurnalının nümayəndələri artıq argentinalı oyunçu ilə əlaqə saxlayıblar. Üstəlik, Messinin qalib olması ilə bağlı  jurnalın ənənəvi müsahibəsini də verdiyi iddia edilir. 

Qeyd edək ki,  Messi ötən mövsüm 30 qol vuraraq "Barselona"nın ən yaxşı bombardiri olub. Bundan əlavə, o, karyerasında ilk dəfə Argentina millisi ilə Amerika kubokunun qalibi olub.

 Xatırladaq ki, mükafatın təqdimetmə mərasimi noyabrın 29-da Parisdə  keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right