"Mənim tələblərim maksimum olacaq" - Xavi

"Biz maksimum dərəcədə çalışacağıq. Axı, biz "Barselona"yıq. Dünyanın ən yaxşı klubuyuq. Dünyanın ən yaxşı klubu isə qalib gəlməlidir. Nə heç-heçə etməli, nə də uduzmalıdır. Beləliklə, mənim tələblərim maksimum olacaq". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Barselona"nın yeni baş məşqçisi Xavi deyib. O, təyinatı belə şərh edib: 

"Çalışacağıq ki, futbolçuları sevindirək. Çox işləmək, qarşıya dəqiq məqsədlər qoymaq və təbii ki, qalib gəlməyə çalışmaq lazımdır. Mən çox pozitivəm. Mən də çətin vəziyyətlərdən keçmişəm. İşlərin düzəlməsini səbirsizliklə gözləyirəm. Amma təbii ki, işlərin necə getdiyini başa düşmək üçün futbolçularla danışmalıyam". 

Qeyd edək ki, "Barselona" Xavi ilə 2024-cü ilin yayınadək müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right