Qətərin “Əl Sədd” klubunun baş direktoru Turki Al-Ali Xavinin “Barselona”nın baş məşqçisi olacağını açıqlayıb.
Newsport.az xəbər verir ki, o, bu barədə klubun rəsmi saytına açıqlamasında məlumat verib:
““Barselona” ilə əməkdaşlıq edəcəyik. Xavi klubumuzun tarixinin bir hissəsidir. Ona gələcək karyerasında uğurlar arzu edirik”.