"Barselona" Xavi ilə bu tarixdə müqavilə imzalayacaq

“Barselona”nın baş məşqçi vəzifəsi üçün razılıq əldə etdiyi Xavi Ernandeslə müqavilə bağlayacağı vaxt müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, La Liqa təmsilçisi Xavinin hazırda çalışdırıdığı "Əl-Sədd"lə ortaq məxrəcə gəlib. Danışıq üçün Qətərə yollanan Kataloniya klubunun rəsmiləri qarşı tərəflə anlaşıb.

İspaniya nəhəngi qətərlilərin 1 milyon avroluq təzminat haqqını ödəməyə razılıq verib. “Əl-Sədd”lə sözləşməsi 2023-cü ilə qədər olan 41 yaşlı mütəxəssis yaxın günlərdə vətənə qayıdacaq. “Barselona” rəhbərliyi isə noyabrın 8-də Xavini baş məşqçi kimi təqdim etməyi planlaşdırır. Əfsanəvi kapitanla müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Xavi 2019-cu ilin mayından “Əl-Sədd”in sükanı arxasındadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right