"Real" ondan razıdır

"Real" futbolçusu Vinisius Juniorla yeni müqavilə imzalamağı planlaşdırır.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" 21 yaşlı oyunçunun bu mövsüm çıxışından razıdır və ona təkmilləşdirilmiş şərtlərlə müqavilə təklif etməyə hazırdır.

Futbolçu hazırda Madrid klubu ilə 2024-cü ilə qədər hesablanmış müqavilənin şərtlərinə görə ildə 3,5 milyon avro qazanır. Yeni sözləşmə ilə onun maaşı ildə 10 milyon avroya qədər yüksələ bilər.

Qeyd edək ki, bu mövsüm Vinisius "Real"ın heyətində bütün turnirlərdə 14 oyun keçirib və 9 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right