Messi MSN-lə MNM-i müqayisə etdi

PSJ-nin hücumçusu Lionel Messi "Barselona"nın keçmiş üçlüyü Messi-Suares-Neymarı (MSN) PSJ üçlüyü Messi-Neymar-Mbappe (MNM) ilə müqayisə edib.

Newsport.az xəbər verir ki, o, bununla bağlı sport.es-ə açıqlamasında deyib: “Onlar tamamilə fərqli üçlükdür, onları müqayisə etmək olmaz. Suares Mbappedən  fərqlidir. Luis əvvəlkindən daha çox qol vuran, əsl mərkəz hücumçusudur. Kilian isə daha çox güclüdür. Həqiqət budur ki, onlar fərqli oynayırlar. Müqayisə etmək çətindir. "Barselona"da bu gözəl trioda olmaq mənə qismət oldu. Ümid edirəm ki, PSJ-də də eyni uğura nail olacağıq”.

Qeyd edək ki, Messi avqustun 10-da  PSJ ilə iki illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right