Baş məşqçi silahla vuruldu, oyun yarımçıq dayandırıldı

Argentina futbolunda silahlı insident baş verib.

 

Newsport.az xəbər verir ki, hadisə 3 liqada keçirilən "Hurakan Las Heras" - "Ferro Karril Oeste" matçında yaşanıb. Qonaq komandanın baş məşqçisi Maurisio Romero silahla çiynindən vurulub.

 

Hadisə tribunalarda yaşanan gərginlikdən sonra baş verib. Silahlı hücuma məruz qalan məşqçinin vəziyyətinin yaxşı olduğu bildirilib.

 

Qarşılaşma insident səbəbindən 79-cu dəqiqədə dayandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right