Mahir Emreli oynadı, "Legiya" uduzdu

Futbol üzrə Polşa çempionatında 13-cü turun oyunları davam edir.

 

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" öz meydanında "Poqon"u qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Mahir Emreli bu görüşün iştirakçısı olub. 24 yaşlı hücumçu oyuna start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib.

 

13 turdan sonra 9 xal toplayan "Legiya" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Varşava təmsilçisi 2 oyun az keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right