Aquero xəstəxanalıq oldu

“Barselona”nın futbolçusu Serxio Aqueronun səhhətində problem yaranıb.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı hücumçu La Liqanın 12-ci turunun “Alaves”lə matçının ilk hissəsində sinəsində narahatlıq hiss edib. Aquero bundan sonra 41-ci dəqiqədə Filippe Koutinyo ilə əvəzlənib.

“Barselona” klubundan edilən açıqlamada, Aqueronun matçdan sona kardioloji müayinədən keçdiyi bildirilib. Argentinalı futbolçunun son durumu haqda başqa məlumat verilməyib.

“Barselona” – “Alaves” matçı 1:1 hesabıyla bitib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right