"Real" qalib gəldi, "Barselona" qələbəni əldən verdi

Futbol üzrə İspaniya La Liqasında 12-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə dörd qarşılaşma keçirilib. Turun açılış matçında turnir cədvəlinin ikincisi “Real” səfərdə “Elçe”nin qonağı olub. Madrid təmsilçisi bu oyundan çətin qələbə ilə ayrılıb.

“Sevilya” bu turda “Osasuna”nı, “Valensiya” isə “Vilyarreal”ı sınağa çəkib. Hər iki oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər. Baş məşqçi Ronald Kumanla yollarını ayıran “Barselona”nın bu turdakı rəqibi “Alaves” olub. Kataloniya təmsilçisi bu oyunda hesabı açsa da, üstünlüyünü sonadək qoruya bilməyib.

İspaniya La Liqası, 12-ci tur

30 oktyabr

Elçe – Real 1:2
Qol:
Milya, 86 – Vinisius, 22; 73.

Sevilya – Osasuna 2:0
Qol:
D.Karlos, 40. Okampos, 60.

Valensiya – Vilyarreal 2:0
Qol:
Gilyamon, 43. Soler, 77-pen.

Barselona – Alaves 1:1
Qol:
Depay, 49 – Rioxa, 52.

31 oktyabr

17:00 Kadis – Malyorka
19:15 Atletiko – Betis
21:30 Xetafe – Espanyol
00:00 Real Sosyedad – Atletik

1 noyabr

21:30 Rayo Valyekano – Selta
00:00 Levante – Qranada





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right