La Liqa tarixində 5-ci

İspaniya La Liqasının 11-ci turunda “Xetafe” ilə oyun “Qranada”nın hücumçusu Xorxe Molina üçün əlamətdar olub.

Newsport.az xəbər verir ki, təcrübəli forvard 90+7-ci dəqiqədə fərqlənərək komandasına 1 xal qazandırıb (1:1).

İspaniyalı oyunçu 39 yaş 189 günlüyündə qol vurmaqla tarixə düşüb. O, La Liqa tarixində qol vuran ən yaşlı 5-ci oyunçu olub. Molina bu götəricidə Donato, Sezar, Alfredo Di Stefano və Xoakin Sançesdən geri qalır.

Qeyd edək ki, Xorxe Molina “Qranada”ya ötən ilin yayında keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right