Xavidən “Barselona” ilə bağlı açıqlama

Qətərin "Əl Sədd" klubunun baş məşqçisi Xavi Ernandes "Barselona"nı çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az "RMC Sport"a istinadən xəbər verir ki, “Barselona”nın sabiq futbolçusu bu haqda qısa olaraq deyib::

“Mən “Əl Sədd”də çalışıram. Bütün diqqətim işimdədir. Başqa bir şey haqda danışmayacağam”.

Qeyd edək ki, İspaniya mətbuatı Ronald Kumanın istefaya göndərilməsindən sonra "Barselona"nın Xavi ilə razılığa gəldiyini yazıb. İspaniya millisinin sabiq üzvü "Barselona"nın yetirməsidir. O, 17 il - 1998-2015-ci illərdə Kataloniya klubunda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right