Qattuzo bu klubun təklifini rədd etdi

Məşqçi Cennaro Qattuzo "Cenoa"nı çalışdırmaqdan imtina edib.

Newsport.az xəbər verir ki, bu barədə jurnalist Nikola Şkira özünün "Tvitter" səhifəsində yazıb.Bildirilib ki, A seriyası təmsilçisinin yeni sahibləri 43 yaşlı mütəxəssisə təklif göndərsələr də, müsbət cavab almayıblar.

Qeyd edək ki, Qattuzonun son klubu "Fiorentina" olub. O, burada rəhbərliklə münaqişə yaşadığı üçün bir oyun da keçirmədən klubdan ayrılmışdı.

 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah