"Bavariya" 43 ildən sonra antirekorda imza atıb

Almaniyanın "Bavariya" klubu yeni antirekorda imza atıb.

Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisi ölkə kubokunun 1/16 final oyununda Mönxenqladbax "Borussiya"sına 0:5 hesabı ilə uduzub.

Bununla da klub 43 ildən sonra ilk dəfə hansısa qarşılaşmada 5 və ya daha çox top fərqi ilə məğlub olub.

Hazırkı ölkə çempionu son olaraq 1978-ci ildə Bundesliqada "Fortuna"ya 1:7 hesabı ilə yenilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right