Sulşerlə bağlı yekun qərar verildi

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşerlə bağlı yekun qərarını verib.

Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının 9-cu turunda "Liverpul"a məğlubiyyətə (0:5) baxmayaraq, norveçli mütəxəssis vəzifəsində qalacaq.

Bildirilib ki, pis nəticələrə və mətbuatda Sulşerin istefası ilə bağlı çoxlu şayiələrə baxmayaraq, “qırmızı şeytanlar”ın rəhbərliyi onu istefaya göndərmək variantını hələ nəzərdən keçirmir. Bundan başqa “Mançester Yunayted”in Antonio Konte ilə təmasları barədə məlumatı saxta adlandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right