"Ronaldo qələbə qazandırmağa qadirdir, ancaq..."

FİFA-nın futbolun qlobal inkişafı şöbəsinin rəhbəri Arsen Venger Kriştiano Ronaldonun " Mançester Yunayted ə qayıtmasından danışıb.

Newsport.az xəbər verir ki, o, "Metro"ya açıqlamasında deyib: “Mən deməzdim ki, bu, səhv idi. Amma təbii ki, müəyyən emosional məqam var idi. O, çox fantastik oyunçu idi.

İnanıram ki, Ronaldo hələ də komandaya lazım olan qolları vura bilər. O, hər zaman çox yüksək intensivliklə oyunlar oynayaraq bunu edə bilərmi? Bu gün təbii ki, xeyr. Amma unutmayaq ki, Kriştiano "Atalanta" ilə görüşdə qəhrəman olub. Belə oyunçu alanda sirr komandanın balansındadır. Ronaldo oyunlarda qələbə qazandırmağa qadirdir. Ancaq onun ətrafında oynayan heyət balanslı olmalıdır".

Qeyd edək ki, Ronaldo bu mövsüm Premyer Liqada 6 oyun keçirib və 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right