"Çelsi" onunla yolları ayırır

“Çelsi” futbolçusu Andreas Kristensenlə yolları ayırmağa yaxındır.

Newsport.az goal.com-a istinadən xəbər verir ki,  tərəflər müqaviləni yeniləmək üçün danışıqları avqust ayından bəri dayandırıb. 25 yaşlı müdafiəçi komandada qalmaq istəyir. Lakin klub onunla yeni sözləşmə imzalamaqla bağlı danışıqları bərpa etmir. Danimarkalı oyunçunun hazırkı müqaviləsi isə 2022-ci ilin yayına qədərdir. 

Qeyd edək ki, Kristensen 2013-cü ildən “Çelsi”də oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right