Qazaxıstanlı mütəxəssis "Qarabağ" - "Kayrat" matçı haqda: "Almatı təmsilçisi sona qədər dözə bilmədi"

Qazaxıstan millisinin üzvü Pavel Yevteyev Konfrans Liqasının 3-cü turunun “Qarabağ” - “Kayrat” matçı haqda danışıb.

Newsport.az-ın məlumatına görə, 54 yaşlı mütəxəssis Almatı təmsilçisinin məğlubiyyətini şərh edib. O, öncə görüşü bu cür dəyərləndirib: “Qarabağ”ın futbol oynamağı bacaran texnikalı komandası var. "Kayrat" uduzsa da, yaxşı oynadı. Hətta "Qarabağ"a qarşı matç “Kayrat”ın son vaxtlarda göstərdiyi ən yaxşı oyunlardan biri idi. Almatı klubu qələbə qazanmağa çalışırdı. Onlar ilk yarıda əla görünürdü, bir neçə qol epizodu yaratdı, sadəcə sonda bəxtləri gətirmədi".

- Sizcə, “Kayrat” ikinci yarıda ilk yarıdakı kimi nəyə görə oynaya bilmədi?
- Çətindi demək. Almatı təmsilçisi sona qədər dözə bilmədi. İstənilən halda son dəqiqələrdə qol buraxmaq üzücüdü.

- “Kayrat”ın baş məşqçisi matçdan sonra etiraf edib ki, komanda hesabı qorumağa çalışırdı. Bu, Kurban Berdıyevin taktiki səhvi idi?
- Əgər komanda qol buraxırsa, demək ki, nəsə yolunda getməyib. “Qarabağ” futbolçuları daha texnikalı və fərdi olaraq daha yaxşı görünürdülər. İkinci yarıda təzyiqi artırdılar. Üstəgəl, “Qarabağ”ın ev oyunu idi və azarkeşlər dəstəyini əsirgəmirdi. Bunlar hamısı öz təsirini göstərdi. Fikrimcə, “Qarabağ”da motivasiya daha yüksək idi. 

- Bəlkə müdafiədəki problemlərə görə “Kayrat” hesabı saxlamağa məcbur idi?
- Əlbəttə ki, “Kayrat”ın müdafiə xəttində problemləri var. Ölkə çempionatında “Aktobe” ilə görüşdə də bu problem görünürdü. Buraxılan qollar “Kayrat”ın müdafiəsində problemlər olmasının siqnalı idi. Bəlkə də kimsə konsentrasiyanı itirir. Baxıb, detallı şəkildə analiz aparmaq lazımdı. Kurban Berdıyev Rusiya çempionatında işlədiyi dövrdə oyun fəlsəfəsi ona əsaslanırdı ki, komanda 1 qol vurur və müdafiəyə çəkilib, matçı məntiqi sonluğa çatdırır. Hələlik “Kayrat” bunu tam bacarmır.

- Bakıdakı məğlubiyyət “Kayrat”ın qrupdan çıxmaq şanslarını yox etdi?
- “Kayrat” hazırda 1 xalla sonuncu pillədədi. Yüksəlmək həmişə çətindi. Məncə, hər şey bitməyib. “Kayrat”ın ev oyunları olacaq. Əsas odur ki, hazırki durum futbolçulara psixoloji olaraq təsir etməsin.  (Prosports.kz)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right