"El Klassiko"da oyunumuz qələbədən daha vacibdi"

“Barselona”nın kapitanı Jerar Pike İspaniya çempionatının 10-cu turu çərçivəsində “Real”a qarşı keçirəcəkləri oyun barədə danışıb.

Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu “El Klassiko” bunları deyib: “El Klassiko”da komandanın oyunu qələbədən daha vacibdi. Amma təbii ki, daimi qələbə komandaya özünəinam qazandıracaq. “El Klassiko”da qalib gəlsəniz, “Real”ı məğlub edib, çempionluq uğrunda mübarizə apara biləcəyinizi anlayırsınız.

​Hazırda yaxşı formadayıq. Bu cür oyunlarda favorit olmur. Çətin anlarımız oldu, amma özümüzə gəlmişik. Oyuna yaxşı hazırlaşmışıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right