"El Klasiko"nun hakimləri məlum oldu

İspaniya La Liqasının X turunda baş tutacaq "Barselona" - "Real" matçının hakimləri müəyyənləşib.

"El Klasiko"nu Xose Mariya Sançes Martinesin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Yan xətt hakimləri Raul Martines və Joze Qarsiya olacaq. Dördüncü hakim funksiyasını Joze Martines Montalban yerinə yetirəcək. VAR-da isə Qonsales Qonsales olacaq.

"Barselona" - "Real" görüşü oktyabrın 24-ü, Bakı vaxtilə saat 18:15-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right