Vengerdən hakimlərlə bağlı yeni təklif

FİFA-nın Qlobal Futbol İnkişafı şöbəsinin rəhbəri Arsen Venger hakimlər barədə yeni təkliflə çıxış edib.

Newsport.az “L'equipe”ə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis bildirib ki, oyundan sonra hakimlər mətbuat konfransı keçirməlidir:

"Hakimlərin oyunlardan sonra fikirlərini açıqlamaq imkanı olsaydı, fikir ayrılığının qarşısını alar və hər şey ictimailəşməmiş bitərdi. Bu işə hakimlər də dəstək verməlidir.  Matçlardan sonra hansı vəziyyətdə olduqlarını və müəyyən epizodlarla bağlı fikirlərini bildirməyə hazır olub-olmadıqlarını bilmirəm”.

Qeyd edək ki, “Arsenal”ın sabiq baş məşqçisi 2019 -cu ilin noyabrından FİFA-nın Qlobal Futbol İnkişafı şöbəsinin rəhbəri vəzifəsində çalışır.   
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right