La Liqa: iki oyunda bir qol

İspaniya La Liqasında IX tura start verilib.

Newsport.az-ın məlumatına görəaçılış matçında "Levante" və "Xetafe" qolsuz heç-heçəyə razılaşıb. "Real Sosyedad" "Malyorka"ya 1 qolla qalib gəlib.

Turun mərkəzi görüşü Kataloniyada keçiriləcək. "Barselona" "Valensiya" ilə üz-üzə gələcək.

Bu həftə keçirilməli olan "Real" - "Atletik" və "Qranada" - "Atletiko" matçları təxirə salınıb. Belə qərarın verilməsinə DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələ oyunları səbəb olub. Bu görüşlərin Çempionlar Liqasında çıxış edən İspaniya klublarına mənfi təsir edəcəyi bildirilib. Sözügedən klubların bir neçə futbolçusu milli komandaların düşərgəsində olub.

İspaniya La Liqası
IX tur

16 oktyabr

Levante - Xetafe - 0:0

Real Sosyedad - Malyorka - 1:0
Qol:
 Lobete, 90

17 oktyabr

16:00. Rayo Valyekano - Elçe
18:15. Selta - Sevilya
20:30. Vilyarreal - Osasuna
23:00. Barselona - Valensiya

18 oktyabr

21:00. Alaves - Betis
23:00. Espanyol - Kadis





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right