“Legiya”dan Mahir Emreli açıqlaması "Lex"ə qarşı oynaya biləcək

Polşanın “Legiya” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı məlumat yayıb. 

Newsport.az-ın məlumatına görə, Varşava təmsilçisi 24 yaşlı hücumçunun 3-cü koronavirus testinin nəticəsinin də mənfi çıxdığı xatırladıb. Millimizin üzvünün tezliklə komanda ilə məşqlərə qoşulacağı və onun Polşa çempionatının növbəti turunda “Lex”ə qarşı oynaya biləcəyi vurğulanıb.
 
Mahir Emrelinin millimizin DÇ-2022-nin Serbiya ilə dünənki seçmə mərhələ oyunundan (1:3) əvvəl ilk testi müsbət çıxıb və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxıb. Ancaq sonra onun ikinci testi mənfi çıxıb.

Qeyd edək ki, "Legiya"nın "Lex"lə oyunu isə oktyabrın 17-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right