“Məğlubiyyətin acısı haqda çox danışmaq olar”

İspaniya milli komandasının baş məşqçisi Luis Enrike UEFA Millətlər Liqasının finalında Fransa yığmasına uduzduqları matçdan (1:2) sonra fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan Enrike, məğlubiyyəti belə şərh edib:

“Rəqibin gücünü bilirdik. Cəsarətli olmağa və qələbə üçün hücumlar etməyə çalışdıq. Məğlubiyyətin acısı haqda çox danışmaq olar. Lakin çox yaxşı oynayıb, uduzduğumuz üçün daha çox kədərliyik.

Üstünlüyümüzü qorumalıydıq. Vurduğumuz qolu qeyd edə bilmədik. Futbolun ədalətsizliyi budur. Hesabı qorumalıydıq, amma həmin vaxtda Kərim Benzema möhtəşəm qol vurdu”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right