Serbiya millisinin yarımmüdafiəçisi Duşan Tadiç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək görüş haqda danışıb.
Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu Belqradda oynanılan matç haqda bunları deyib: “Lüksemburqa qarşı daha yaxşı oynamalıydıq, sadəcə rəqib həqiqətən yaxşı komanda idi. Lüksemburqa (1:0) qarşı oyunu unutmaq lazımdı.
Yaxşı və ya pis oynadıq fərqi yoxdu, əsas odur ki, 3 xalı qazandıq. İndi qarşıdakı oyuna köklənmişik. Azərbaycan millisini məğlub etməliyik. Daha sonra Portuqaliya matçına hazırlaşacağıq”.