Xavidən “Barselona”ya mesaj: “Hazıram”

Qətərin “Əl Sədd” komandasının baş məşqçisi Xavi keçmiş klubu “Barselona”da işləməyə hazırdır.

Newsport.az-ın məlumatına görə, Xavi açıqlama verərək, “Barselona”nın “sükanı arxasına” keçməyə hazır olduğunu bildirib:

“Edilən hər təklif gözdən keçirilə və bir qərar verilə bilər. Gələcək nə göstərəcək, bilmirəm, amma mən hər şeyə açığam”.

“Barselona”da baş məşqçi Ronald Kumanla yolların ayrılması gözlənilir. Buna səbəb komandanın uğursuz çıxış etməsidir.

Xavi 2019-cu ilin may ayından “Əl Sədd”i çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right