Bir oyunda 3 rekord Ronaldodan tarixi göstərici

Portuqaliya milli komandası yoxlama matçında Qətəri məğlub edib – 3:0.

Newsport.az-ın məlumatına görə, sözügedən oyunda qol vuran portuqaliyalı hücumçu Kriştiano Ronaldo bir neçə uğura imza atıb.

Belə ki, Ronaldo yığmada vurduğu qolların sayını 112-yə çatdırıb. O, bu göstəricidə dünya rekordunu yeniləyib. Bundan başqa, Ronaldo futbol tarixində 46 fərqli milliyə qol vuran ilk oyunçu olub.

Qətərlə matç Ronaldonun Portuqaliya yığmasındakı 181-ci oyunu olub. 36 yaşlı hücumçu Avropa zonasında milliylə ən çox oyun keçirən futbolçu olub. Bundan əvvəl bu rekord ispan müdafiəçi Serxio Ramosa aid idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right