“Millətlər Liqasını qazanmaq istəyirik” Enrike

İspaniya milli komandasının baş məşqçisi Luis Enrike UEFA Millətlər Liqasının finalında Fransa yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, Enrike, çempion olmaq istədiklərini deyib:

“Millətlər Liqasını qazanmaq istəyirik. Avropa çempionunu məğlub etdik, indi isə dünya çempionu ilə oynayacağıq. Mənim üçün vacib olan komandanı oyuna yaxşı hazırlamaqdır. Oyunumuzu fransızlara göstərmək istəyirik. Öz silahımızla rəqibi vurmağa çalışacağıq”.

Bu gün keçiriləcək İspaniya – Fransa matçı saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right