Yığmamızın bacarmadığını Serbiya etdi

DÇ-2022-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin yer aldığı A qrupunda daha bir görüş baş tutub.

Birinci yerə iddia edən Serbiya 3-cü pillədəki Lüksemburqun qonağı olub. Matçın taleyini 1 qol həll edib. Duşan Vlahoviçin 68-ci dəqiqədə vurduğu yeganə top Serbiyaya 1:0 hesablı səfər qələbəsi qazandırıb.

Bu qalibiyyətlə xallarının sayını 14-ə yüksəldən Serbiya qrup liderliyini ələ keçirib. Portuqaliya 13 xalla ikinci yerdə qərarlaşıbsa, aktivində 6 xal olan Lüksemburq uduzsa da, üçüncülüyünü qoruyub.

4-cü pillədəki İrlandiya xallarının sayını 5-ə çatdırıb. Qrupun autsayderi isə 1 xalla Azərbaycan millisidir.

Bu tur çərçivəsində Azərbaycan millisi öz meydanında İrlandiyaya 0:3 hesabı ilə uduzub. Yığmamız növbəti oyununu oktyabrın 12-də Belqradda Serbiyaya qarşı keçirəcək.

 

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right