"Oyunda təəssüf doğuran məqamlar oldu. Birinci hissədə həddindən artıq çox səhvlər etdik. Sevindirici haldır ki, fasiləyədək qapımızı toxunulmaz saxlaya bildik".
Newsport.az-ın məlumatına görə, bu sözləri Finlandiyanın U-21 millisinin baş məşqçisi Yuha Malinen Avropa çempionatının seçmə mərhələsində yığmamızla Sumqayıtda keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib
"İkinci hissədə azlıqda qaldıqdan sonar isə işimiz daha da çətinləşdi. Amma ruhdan düşmədik, oyuna nəzarət etməyi bacardıq. Hesabı açsaq da, bu üstünlüyümüzü sonacan qoruya bilmədik”.