Stiven Kenni: "Azərbaycanla matçda oyunumuzla qələbəyə layiq olmalıyıq"

İrlandiya millisinin baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycanla oyunundan əvvəl təşkil olunan mətbuat konfransında danışıb.

Newsport.az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran Kenni oyunöncəsi heç bir təzyiq olmadığını bildirib.

- Oyundan öncə hər hansı təzyiq hiss edirsiz?
- Yazılanların hamısına inanmayıb. Heç təzyiq yoxdu. Biz yaxşı hazırlaşmışıq. Serbiya ilə heç-heçə bizə inam verdi. Bu inam bizə qələbə qazandırmalıdı.

- Koronavirusa görə 2 futbolçunuzu itirmisiz?
- Hər iki futbolçumuz özünü yaxşı hiss edir. Heç biri virusa yoluxmayıb. Onların oynayıb-oynamayacağına qərar verəcəyik.

- Azərbaycan millisinin futbolçuları barədə hansı fikirdəsiniz?
​- Azərbaycanın bütün oyunlarına baxmışıq. Portuqaliya və Serbiya çətinliklə minimal hesabla qalib gəldi Azərbaycana. Sabahki matçda oyunumuzla qələbəyə layiq olmalıyıq. Qalib gələ biləcəyimizə inanıram.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right