"PSJ ilə danışıqlar aparırıq" Mbappenin anası

PSJ-nin futbolçusu Kilian Mbappenin anası Fayza Lamari oğlunun gələcəyi haqda danışıb.

Newsport.az xəbər verir ki, o, "Le Parisien"ə açıqlamasında Paris təmsilçisi ilə müqavilənin müddətini uzatmaqla bağlı danışıqlar apardığını deyib: "Hazırda PSJ ilə danışıqlar aparırıq. Hər şey yolunda gedir. Hətta bazar ertəsi Leonardo ilə danışıb. Görək, nəticə necə olacaq. Dəqiq olan odur ki, o, Çempionlar Liqasının kubokunu qazanmaq üçün sonuna qədər çalışacaq. Kilian özünü məmnun hiss etməlidir. Əgər xoşbəxt deyilsə, karyerasını başa vurduğunu söyləyə bilər. Əslində bunu tez-tez deyir (gülür)".

Qeyd edək ki, Mbappeni "Real" da transfer etmək istəyir. Hətta Madrid klubunun 22 yaşlı oyunçuya ilkin müqavilə təklif etdiyi bildirilir.

Xatırladaq ki, fransalı oyunçunun PSJ ilə hazırkı müqaviləsi 2022-ci ilin yayı başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right