Van Deyk Ronaldo və Messi arasında seçim etdi

"Liverpul"un futbolçusu Vircil Van Deyk Lionel Messi (PSJ) ilə Kriştiano Ronaldo ("Mançester Yunayted") arasında seçim edib.

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, argentinalı hücumçuya üstünlük verib: "Messi hələ də dünyanın ən yaxşı oyunçusudur. O və Ronaldo son onilliklər ərzində təəccüblü rekordlara nail oldular. Amma mən Messini seçərdim. Çünki bizdə 2019-cu ildə Barselonada çətin gecə idi".

Qeyd edək ki, Messi "Qızıl top"un altıqat, Ronaldo isə beşqat sahibidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right