"Liverpul"un sabiq üzvü: "Haaland "Mançester Siti"yə keçərsə, möhtəşəm olar"

"Liverpul"un sabiq futbolçusu Yon Arne Riise Norveç millisinin hazırki forvardı Erlinq Haalandin İngiltərə Premyer Liqasında çıxış etməli olduğunu bildirib.

Newsport.az xəbər verir ki, Riise "Borussiya"da oynayan forvardın "Liverpul"a yox, "Mançester Siti"yə getməli olduğunu deyib:

"Haalandı "Liverpul"da görmək istəyərdim. O, inanılmaz futbolçudu, indi də əla formadadı. Yurgen Kloppun oyun stilinə uyğun gəlir. Yəqin ki, "Liverpul" da onu bəyənir. O, "Mançester Siti" ilə müqavilə imzalasa, sadəcə möhtəşəm olar. Bu komanda məğlubedilməz statusuna sahibdi.

​Ümumiyyətlə, Haalandla müqavilə imzalayan klub 1 addım irəlidə olacaq. “Liverpul”un onu transfer etmək şansı var ya, yox bilmirəm. Bu cür şansları varsa, xahiş edirəm, edin. Sadəcə əla olacaq".

Norveç millisinin sabiq üzvü 2001-2008-ci illərdə "Liverpul"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right