Yunanıstanlı futbolçu avtomobilində ölü tapıldı

Yunanıstan "Makedonikos"unun oyunçusu Nikos Tsumanis ölü tapılıb.

Newsport.az "Thes Today"ə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin cəsədi dayanacaqdakı maşınında tapılıb. Tsumanisin bazar ertəsi itkin düşdüyü bildirilib. Məhkəmə tibbi ekspertizasının rəyinə görə, ölüm boğulma nəticəsində baş verib. 

Bildirilib ki, o, əvvəllər dostuna maddi problemlər və intihar etmək istəyi barədə danışıb.

Polis Tsumanisin ölümünün intihar və ya qətl nəticəsində olub-olmadığını araşdırılır.

Qeyd edək ki, Tsumanis bu yay "Makedonikos"a keçib. Daha əvvəl Yunanıstan Premyer Liqasında "Aris", "Ksanti", "Pantrakikos" və "Kerkiru"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right