"Sevilya"nın gözü "Barselona"nın futbolçusunda

İspaniya klubu rəqib komandadan futbolçu transfer etmək istəyir. 

Newsport.az-ın məlumatına görə, ardıcıl iki mövsüm "Sevilya"dan bir neçə dəfə futbolçu transfer edən "Barselona", bu dəfə özü futbolçusunu "Sevilya"ya göndərə bilər. Belə ki, Avropa liqasının son qalibi katalonların gənc oyunçusu Martin Montoyanı heyətinə qatmaq istəyir. Bu barədə klublar arasında razılığın əldə olunduğu da deyilir. Tərəflər arasında transfer görüşmələri sıx olduğundan bu keçiridin asan başa gələcəyi gözlənilir. 

Çempionlar Liqasının son qalibi olan "Barselona", qitənin ikinci dərəcəli klub turnirinin qalibi "Sevilya" ilə UEFA Super Kuboku uğrunda görüşdə üz-üzə gələcəklər. Transferin bu görüşə qədər baş tutması real görünür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right