Suares: "Barselona"ya görə çox üzülürəm"

"Atletiko"nun hücumçusu Luis Suares keçmiş komandası "Barselona"nın üzləşdiyi böhran haqda danışıb.

 

Newsport.az-ın məlumatına görə, o, Kataloniya təmsilçisinin düşdüyü duruma üzüldüyünü deyib:

 

"Barselona"ya görə çox üzülürəm. Bu kluba dərindən bağlıyam. Baş verənlər mənimçün də, kluba hər hansı əlaqəsi olanlarçün də faciədir. İnanıram ki, pis dövrü tezliklə geridə qoyacaqlar".
 

Uruqvaylı forvard bu gün "blauqrana"ya qarşı oyun haqda da açıqlama verib: 

 

"Favorit? Bu oyunda bunu söyləmək olmaz.Biz "Alaves"lə qarşılaşmada favorit adlandırıla bilərdik, ancaq nə oldu - uduzduq. Böhrana baxmayaraq "Barselona" elə "Barselona"dır. Belə oyunlarda təkcə komanda işi deyil, həm də hər bir futbolçunun xarakter göstərməsi əsas rol oynayır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right